Bizimhedef.az » hadise » Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı

Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı

Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı


Oğuz rayonunda güclü küləyin yaratdığı fəsadlar səbəbindən bir çox kəndlərə elektrik veirlişində problem yaşanır.

"Report" xəbər verir ki, külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.

Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb.

Nəticədə Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya