Bizimhedef.az » hadise » Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var

Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var

  • Сегодня, 11:13
  • hadise
  • 32
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var


Şəkiyə yasa gedənlər Oğuzda qəzaya düşüblər.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya