Bakıda hoteldə ölüm hadisəsi
- 9-06-2026, 12:16
- hadise
- 21

Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib.
“İyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb.
Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

































