Bizimhedef.az » gundem » Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub

Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub

Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub


Azərbaycan Ermənistana sülh təklif etdi, yəni işğaldan və dağıntılardan əziyyət çəkmiş ölkə bunu təklif etdi.

Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, indi bu sülh mövcuddur:

"Bir ildir ki, Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görür. Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə etdiklərini heç zaman yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını unutmayacağıq. Onlar donuz və digər heyvanları məhz məscidlərin binalarında saxlayırdılar. Biz bunu yaddan çıxarmayacağıq".

İlham Əliyev vurğulayıb ki, bununla belə, Azərbaycan gələcəyə baxdı və döyüş meydanında qisas aldı:

"Bu kifayətdir. Müharibə və müharibələr dayanmalı idi. Azərbaycan öz tərəfindən bu müharibəni dayandırdı və sülhü təklif etdi, bu reallıqdır".
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya