Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
- Сегодня, 10:17
- sosial
- 28

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.
Bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə qulluqçuların yürüşləri başlayıb.
Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər xiyabanı - "Alov Qüllələri" kompleksi - Çəmbərəkənd parkı - metronun "İçərişəhər" stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;
IV yürüş marşrutu: "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - "28 Mall" ticarət mərkəzi.



































