Bizimhedef.az » idman » Bu gün Bakıda UFC turniri keçiriləcək

Bu gün Bakıda UFC turniri keçiriləcək

  • Сегодня, 09:41
  • idman
  • 25
Bu gün Bakıda UFC turniri keçiriləcək


Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı ikinci turniri bu gün keçiriləcək.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da başlayacaq.

"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.

"UFC Fight Night Baku"nun görüşləri

İlkin görüşlər

Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)

Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)

Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)

Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)

Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)

Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)

Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)

Əsas döyüşlər

Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) - Brunno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Xatırladaq ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya