Bizimhedef.az » dunya » Koronavirus bu ölkəyə də çatdı

Koronavirus bu ölkəyə də çatdı

  • 28-02-2020, 09:51
  • dunya
  • 292 986
Koronavirus bu ölkəyə də çatdı


Niderland hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alıb. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə Niderlandın Milli Səhiyyə və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Qurum bildirir ki, söhbət Tilburq şəhərindən olan kişidən gedir. O, bu yaxınlarda koronavirusun yayıldığı İtaliyanın Lombardiya vilayətində olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib. Bütün dünyada ölümcül virusa yoluxanların sayı 82294-dür.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya