Bizimhedef.az » dunya » Tehrandan Vaşinqtona: O dövr bitdi, artıq…

Tehrandan Vaşinqtona: O dövr bitdi, artıq…

  • Вчера, 11:56
  • dunya
  • 40
Tehrandan Vaşinqtona: O dövr bitdi, artıq…


“ABŞ anlaşma memorandumunu ciddi şəkildə pozub. Hörmüz boğazında İran qaydalarını pozur, daim yeni zərbələr endirməklə hədələyir, neft sanksiyalarını yenidən tətbiq edir, İranın cənubuna hücuma keçib və təcavüzü davam etdirir”.

Bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media hesabında yazıb.

O bildirib ki, qorxutma və şantaj dövrü bitib.

“Bu cür hərəkətlər heç bir yerə aparmayacaq. Biz təslim olmayacağıq”, - o vurğulayıb.

Qeyd edək ki, ötən gecə ABŞ ordusu İrana zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, bu, İslam Respublikasının Hörmüz boğazında gəmiləri vurmasına cavabdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə hücumlara cavab olaraq Birləşmiş Ştatların bölgədəki 85 hədəfinə cavab zərbələri endirib.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya