Bizimhedef.az » dunya » Xəbəri yayılan HANTAVİRUS nədir, ölüm xəbəri doğrudurmu?

Xəbəri yayılan HANTAVİRUS nədir, ölüm xəbəri doğrudurmu?

  • 26-03-2020, 14:03
  • dunya
  • 198 992
Xəbəri yayılan HANTAVİRUS nədir, ölüm xəbəri doğrudurmu?


Çində bir kişi hantavirusdan ölüb.
Bu barədə 24 mart, çərşənbə axşamı "Global Times” öz Twitter səhifəsində məlumat paylaşıb.

Yunnan sakini Şandonqa gedən avtobusda gedərkən ölüb. Onunla bir salonda olan bütün sərnişinlər hantavirus testindən keçirilib.

Bu, bu növ infeksiyadan ilk qeydə alınan ölümdür.

İndependent-in məlumatına görə, SARS-CoV-2 koronavirusuna bənzər yeni bir insident barədə xəbərlər son zamanlar sosial şəbəkələrdə yayılıb, lakin bu müqayisə düzgün deyil.

Qeyd edək ki, hantavirus yeni bir infeksiya deyil, on illərdir bəllidir və kifayət qədər öyrənilmiş virusdur. Xəstəliyin insandan insana ötürülməsi hantavirus üçün xarakterik deyil. Siçovulların və siçanların dişləmələrindən yayılır. Dünya təbabəti yaradılmış peyvəndi də daxil olmaqla, COVID-2019 ilə müqayisədə hantavirusla mübarizə üçün daha yaxşı təchiz edilib.

Mütəxəssislərin fikrincə bu tip qorxulu xəbərləri yaymaq koronavirus pandemiyası fonunda çaxnaşma yaratmaq məqsədi daşıyır. Ancaq ölüm xəbəri doğru olsa da, hazırda yeni bir infeksiyanın başlaması haqda heç bir fakt yoxdur.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya