Bizimhedef.az » hadise » Ermənistana məxsus iki taktiki PUA məhv edildi — RƏSMİ

Ermənistana məxsus iki taktiki PUA məhv edildi — RƏSMİ

  • 21-07-2020, 10:41
  • hadise
  • 302 339
Ermənistana məxsus iki taktiki PUA məhv edildi — RƏSMİ


İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya