Abşeronda 18 yaşlı gənc avtomobilini aşırdı
- 28-12-2020, 09:50
- hadise
- 206 751

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report məlumatına görə, 2002-ci il təvəllüdlü Məmmədov Elgün Rəfail oğlu idarə etdiyi avtomobili aşırıb.
Ağır bədən xəsarətləri alan gənc təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.



































