Bizimhedef.az » dunya » Rusiya bu bölgədə gizli baza qurub - Çox sayda hərbçi və raket yerləşdirib

Rusiya bu bölgədə gizli baza qurub - Çox sayda hərbçi və raket yerləşdirib

  • 19-03-2021, 16:00
  • dunya
  • 219 338
Rusiya bu bölgədə gizli baza qurub - Çox sayda hərbçi və raket yerləşdirib


"Rusiya ordusu Krım yarımadasındakı Sevastopol şəhərində nüvə silahlarından ibarət baza qurub".
Mətbuat.az xəbər verir ki, Krım Tatar Məclisinin sədri Refat Çubarov belə açıqlama verib. Onun iddiasına görə, Rusiya ordusu Liviya və Suriyada həyata keçirdiyi əməliyyatlarda Sevastopoldakı bazadan istifadə edib. Çubarov bildirib ki, bazada ən güclü raket sistemləri var. Son 7 ildə Krıma 500 min rusiyalı hərbçinin yerləşdirildiyini deyən sədr, bunun Cenevrə sazişinə ziddi olduğunu ifadə edib. Çubarov Krımdakı türklərə qarşı təzyiqlərin artdığını, bu məsələdə təkcə Türkiyəyə güvəndiklərini bildirib:

“Ruslar üçün Türkiyənin mövqeyi böyük önəm daşıyır. Ankaranın Krımın işğalına qarşı çıxması Moskvanı narahat edir”.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya