Bizimhedef.az » siyaset » Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb - RƏSMİ

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb - RƏSMİ

  • 26-08-2021, 13:14
  • siyaset
  • 180 135
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb - RƏSMİ


Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.

Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya