Bizimhedef.az » dunya » WSJ: İranın Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi bəzi zərbələr hədəfə dəyib

WSJ: İranın Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi bəzi zərbələr hədəfə dəyib

  • Сегодня, 09:14
  • dunya
  • 18
WSJ: İranın Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi bəzi zərbələr hədəfə dəyib


"The Wall Street Journal " (WSJ) qəzetinin adları çəkilməyən ABŞ administrasiyasının rəsmilərinə istinadən verdiyi məlumata görə, İranın Küveyt və Bəhreyndəki Amerika bazalarına qarşı bəzi cavab zərbələri uğurlu olub.

Nəşrin məlumatına görə, ABŞ və müttəfiqləri hücumların əksəriyyətini dəf etməyi bacarıblar, lakin İranın bəzi hücumları uğurlu olub.

ABŞ rəsmilərinin sözlərinə görə, bu hücumlar minimal ziyana və heç bir itkiyə səbəb olmayıb.

İranın dövlət televiziyası daha əvvəl ABŞ-ın hücumlarına cavab olaraq ordunun Küveytdəki Patriot hava hücumundan müdafiə sistemini məhv etdiyini bildirmişdi. Dövlət televiziyasının məlumatına görə, İran həmçinin Qətərdəki erkən xəbərdarlıq radar sistemini və Bəhreyndəki ABŞ hərbi bazasındakı yanacaq saxlama çənlərini vurub.(Teleqraf)
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya