Bizimhedef.az » siyaset » Prezidentin Qətərə təyin etdiyi səfir kimdir? - DOSYE

Prezidentin Qətərə təyin etdiyi səfir kimdir? - DOSYE

  • 28-12-2022, 14:14
  • siyaset
  • 120 643
Prezidentin Qətərə təyin etdiyi səfir kimdir? - DOSYE


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Mahir Əliyev bu təyinatadək Azərbaycann Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

O, 2022-ci il oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərindən geri çağırılmışdı.

Mahir Əliyev əslən Ağdaç rayonundandır. Əvəllər Təhsil Nazirliyində Xarici əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb.

2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.

2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2019-cu ilin əvvəlindən 2022-ci il oktyabrın 17-nə kimi ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik korpusuna rəhbərlik edib.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya