Bizimhedef.az » dunya » Tehran-Məşhəd dəmiryolu xətti də vurulub

Tehran-Məşhəd dəmiryolu xətti də vurulub

  • Сегодня, 11:01
  • dunya
  • 13
Tehran-Məşhəd dəmiryolu xətti də vurulub


Tehran ilə Məşhəd arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bu, ABŞ-nin İran ərazisinə gecə saatlarında endirdiyi zərbələrdən sonra baş verib. Belə ki, zərbələr nəticəsində Tehran-Məşhəd dəmiryolu xətti zədələnib.

Bildirilir ki, hadisə yerinə təmir briqadaları göndərilib və onlar dəmir yolu xəttinin bərpasına başlayıblar.

Hakimiyyət orqanları sərnişinlərin hərəkəti üçün alternativ marşrut hazırlayıb. Yeni marşruta əsasən zədələnmiş hissədə sərnişinlərin daşınması avtomobil nəqliyyatı ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu gün İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Məşhəd şəhərində torpağa tapşırılması planlaşdırılır.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya