Bizimhedef.az » hadise » Hacı Şahin ölməzdən əvvəl təcili yardım çağırıblarmış - RƏSMİ

Hacı Şahin ölməzdən əvvəl təcili yardım çağırıblarmış - RƏSMİ

  • 2-03-2023, 10:18
  • hadise
  • 148 882
Hacı Şahin ölməzdən əvvəl təcili yardım çağırıblarmış - RƏSMİ


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin ölüm səbəbi rəsmən açıqlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

"1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib" - məlumatda bildirilir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya