Bizimhedef.az » dunya » Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"

Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"

  • Сегодня, 09:22
  • dunya
  • 17
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"


ABŞ prezidenti Donald Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatına çevirməyi "ciddi şəkildə" düşündüyünü açıqlayıb. Trampın sözlərinə görə, o, bu ölkəni idarə etmək üçün xüsusi bir qubernator təyin etmək niyyətindədir.

Prezident Venesuelada 40 trilyon dollar dəyərində nəhəng neft ehtiyatlarının olduğunu xatırladaraq, bu resursların ABŞ üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
"Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər və mən onu idarə etmək üçün bir qubernator təyin edəcəyəm" deyən Tramp, ölkənin idarəetməsini birbaşa nəzarətə götürmək istədiyini ifadə edib.

Bu, Trampın ilk belə açıqlaması deyil. O, daha əvvəlki çıxışlarında Kanada, Qrenlandiya və Venesuelanın ABŞ-nin yeni ştatları ola biləcəyi barədə fikirlərini dəfələrlə dilə gətirmişdi.

Venesuela prezidenti Nikolas Maduronun yanvar ayında Karakasdakı evindən götürülərək ABŞ-yə aparılmasından sonra, Tramp bu ölkə ilə neft sazişləri bağlayıb. ABŞ prezidenti hazırda Venesuelanın müvəqqəti dövlət başçısı Delcy Rodriguez ilə iş birliyində olduğunu və onunla "yaxşı anlaşıqlarını" bildirir.(milli.az)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya