Bizimhedef.az » siyaset » Prezident: “Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləri var”

Prezident: “Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləri var”

  • 29-04-2023, 15:33
  • siyaset
  • 130 088
Prezident: “Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləri var”


“Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında söz sahibinə çevrilib, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb:

“Türkiyə böyük türk dünyasının birləşməsi işində çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk Dövlətlərinin Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, hörmətini və bizim ümumi həmrəyliyimizi bildirib”.

Azərbaycan Prezidenti qeyd edib ki, türk dünyasının birləşməsində və türk dünyası qarşısında Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri var.
Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya