Bizimhedef.az » dunya » Qumbaraları zala atan deputat bunları tələb edibmiş

Qumbaraları zala atan deputat bunları tələb edibmiş

  • 16-12-2023, 09:38
  • dunya
  • 142 541
Qumbaraları zala atan deputat bunları tələb edibmiş


Xəbər verdiyimiz kimi, ukraynalı deputat iclasa qumbara ataraq 26 nəfərin yaralanmasına səbəb olub.

Rusiya mətbuatı məlumatına görə, hadisəni törədən siyasətçi “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrindir. Onun ötən il üçün xərclər haqqında hesabat tələb etməsi nəticəsiz qalıb, həmçinin Keretskov icmasının başçısına maaşının 50%-i qədər artım və hər ay maaşın 100%-i qədər bonus verilməsinin əleyhinə çıxıb.

Mübahisədən sonra Batrin zalı qısamüddətlik tərk edib, geri dönərək ona söz verilməsini tələb edib. Ona qarşı etinasız davrandıqlarını gördükdən sonra özü ilə gətirdiyi qumbaraları salona atıb.
Xatırladaq ki, partlayış nəticəsində 26 nəfər yaralanıb, onlardan 6-sının vəziyyətinin ağır olduğu bildirilir. Hadisədən dərhal sonra deputatın öldüyü deyilsə də, sonrada onun həyatda qaldığı açıqlanıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya