Bizimhedef.az » dunya » Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA

Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA

  • 9-06-2026, 09:58
  • dunya
  • 22
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA


Vaşinqton və Tehran növbəti iki həftə ərzində razılığa gələ bilər.

 ABŞ prezidenti Donald Tramp bu fikirdədir.

O, fikirlərini Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrehemi dəstəkləyən telekonfrans zamanı açıqlayıb:

"Hazırda danışıqlar aparırıq və onlar (İran - red.) çox yaxşı bir razılaşma əldə etmək istəyirlər; bizə hər şeyi verməyə hazırdırlar. Onlar nüvə silahlarından imtina etməyə hazırdırlar. Düşünürəm ki, biz qalib gəlirik, amma bunu növbəti iki həftə ərzində etməliyik. Bu, tam bir qələbə olacaq və bu, çox tezliklə baş verəcək və neft qiymətləri dərhal düşəcək".

Tramp əvvəllər dəfələrlə ABŞ və İranın münaqişənin həlli üçün razılığa gəlməyə yaxın olduğunu elan edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya