Bizimhedef.az » siyaset » Zakir Həsənov Haluk Bayraktarı təltif etdi - Fotolar

Zakir Həsənov Haluk Bayraktarı təltif etdi - Fotolar

Zakir Həsənov Haluk Bayraktarı təltif etdi - Fotolar


Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

“Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.

Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri H.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.


Oxşar xəbərlər
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Texnologiya