Bizimhedef.az » idman » "Qarabağ"ın və millinin futbolçusu Avropa klubuna keçir

"Qarabağ"ın və millinin futbolçusu Avropa klubuna keçir

  • 27-03-2025, 09:28
  • idman
  • 57
"Qarabağ"ın və millinin futbolçusu Avropa klubuna keçir


"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.

Football.az xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçəcək.

O, transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, "Molde"nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, N.Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlən atlar"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya