Bizimhedef.az » hadise » Səhifə yaradıb dələduzluq etdi

Səhifə yaradıb dələduzluq etdi

Səhifə yaradıb dələduzluq etdi


Sosial şəbəkələrdə kiberdələduzluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, polisin İsmayıllıda keçirdiyi tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirən 30 yaşlı Ceyhun Məmmədov saxlanılıb.

Bildirilib ki, o, instaqramda “medine.invest” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici vədlər verib. C.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, polis dəfələrlə vətəndaşlara müraciət edərək sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən elanlara inanmamağa çağırıb.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya