Bizimhedef.az » siyaset » Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər



Azərbaycanın dünya birliyindəki nüfuzunun getdikcə artması artıq bütün sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə qeyd edilməlidir ki, Ermənistan üzərindəki tarixi Qələbədən sonra ölkəmizin reytinqi sürətlə yüksəlmişdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, həmçinin dünyanın bir sıra ölkələrinin bu işdə Azərbaycana dəstək verməsi bir daha “Qarabağ Azərbaycandır!” reallığının qəbul edilməsindən xəbər verir. Bu günlərdə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanatda “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir” deməsi Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsinin məntiqi nəticəsidir. Almaniya ilə Azərbaycan arasında münasibətlərin əsası 1992-ci il yanvarın 12- də qoyulub. Həmin vaxt Almaniya Azərbaycanın müstəqilliyini tanımış və bir ay sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Hər iki ölkədə səfirliklər fəaliyyətə başladıqdan sonra Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirdi. Almaniya Prezidentinin bu səfəri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağından xəbər verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatında da diqqətə çatdırdı.2019-cu ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 70% təşkil edib. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin məlumatına istinadən, Azərbaycan Almaniyanı neftlə təmin edən ölkələr sırasında 2019-cu ildə 9-cu yerdə olub. 2019-cu ildə Azərbaycandan Almaniyaya təqribən 3 milyon ton xam neft ixrac edilib. Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avropanın lokomotiv aktorları kimi çıxış edən dövlətlərlə əməkdaşlıq təşkil edir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya