Bizimhedef.az » dunya » SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var

SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var

  • Вчера, 10:50
  • dunya
  • 17
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var


Küveyt Beynəlxalq Aeroportunun sərnişin terminalı İrandan atılan pilotsuz uçuş aparatları (PUA) və raketlərin hücumuna məruz qalıb.

Hadisə nəticəsində xəsarət alanlar var.

Bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Küveytin KUNA informasiya agentliyinin yaydığı rəsmi bəyanatda deyilir: "T1 sərnişin terminalının İrana məxsus pilotsuz uçuş aparatları və raketlərin hücumuna məruz qalmasından sonra Küveyt Beynəlxalq Aeroportunda fövqəladə hallar planı işə salınıb".

Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hücum hava limanının bir sıra obyektlərinə "ciddi ziyan vurub" və insident zamanı yaralananlar qeydə alınıb.

Baş vermiş hadisə ilə əlaqədar olaraq hökumət növbəti bildirişə qədər bütün uçuşların dayandırılması, gələn reyslərin isə digər hava limanlarına yönləndirilməsi barədə qərar qəbul edib.musavat.com
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya