Bizimhedef.az » dunya » Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı

Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı

  • 7-04-2025, 10:31
  • dunya
  • 71
Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı


Məşhur türkiyəli aktyor Cem Yılmaz 16 milyon 300 min izləyicisi olan “X” sosial şəbəkə hesabını bağlayıb.

“Bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Cem Yılmaz 2019-cu ildə “Twitter”in qurucusu Cek Dorsi tərəfindən yaradılan və 35 milyondan çox istifadəçisi olan “Bluesky” platformasına keçib.

Buna səbəb “X”in ifadə azadlığı ilə bağlı qərarları olub.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan və etirazlara dəstək verən bir çox insanın hesablarının bağlanması onların Bluesky platformasına axın etməsinə gətirib çıxarıb.

Qeyd edək ki, hazırda Cem Yılmazı “Bluesky” platformasında 40 min 700 nəfər izləyir.

Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya