ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
- 18-04-2025, 10:55
- dunya
- 78

ABŞ Suriyada hərbi kontingentini 500 nəfərə qədər azaltmağı planlaşdırır.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” yayıb.
Mənbələr qeyd edib ki, hərbçilər ölkənin şimal-şərqində 8 kiçik əməliyyat obyektindən üçünü bağlayır və bununla da qoşunlarında hərbçi sayını 2000-dən 1400-ə qədər endirir.
İki yüksəkvəzifəli məmurun sözlərinə görə, amerikalı komandirlər 60 gündən sonra əlavə ixtisar aparıb-aparmamaqla bağlı dəyərləndirmələr aparacaq.
Həmçinin qeyd olunub ki, hərbçilər Suriyada 500-ə qədər amerikalı hərbçi saxlamağı tövsiyə ediblər.


































