Bizimhedef.az » hadise » Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video

Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video

Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video


Qubada qaya parçaları yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Quba-Qonaqkənd yolunun 31-ci km-nə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:

“Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq”.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya