Bizimhedef.az » dunya » Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya

Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya

  • 24-04-2025, 10:06
  • dunya
  • 105
Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya


Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana istinadən “Armenpress” yayıb.

Bildirilib ki, Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat hesab edir.

“Baş nazir bu cür təcrübəni tənqid edir, bu addımı məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılması, hökumət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat və təhrikedici xarakterli addımdır”, - deyə Baqdasaryan bildirib.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb. Belə ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya