Bizimhedef.az » dunya » Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur

Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur

  • 24-04-2025, 16:00
  • dunya
  • 96
Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur


Amerikanın texnologiya nəhəngi "Intel" bu həftə əməkdaşlarının 20%-dən çoxunun ixtisar ediləcəyini elan etməyə hazırlaşır. Bu addım şirkətdəki bürokratik maneələri azaltmaq və mühəndislik texnologiyalarına daha çox diqqət yönəltmək məqsədi daşıyır.

"Bloomberg"in yaydığı məlumata görə, bu ixtisarlar "Intel"in idarəetmə strukturunu sadələşdirməyə və innovasiyalara sərmayəni artırmağa xidmət edəcək.

Qeyd olunur ki, bu, mart ayında Lip-Bu Tanın baş direktor təyin olunmasından sonra həyata keçiriləcək ilk ixtisar dalğasıdır.

Xatırladaq ki, 2024-cü ilin sonunda "Intel"in işçi sayı 108,9 min nəfər olub. Şirkət artıq ötən il təxminən 15 min işçisini işdən azad etmişdi./Milli.Az
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya