Bizimhedef.az » dunya » Tramp ən yaxın adamının üstündən xətt çəkdi

Tramp ən yaxın adamının üstündən xətt çəkdi

  • 2-05-2025, 10:02
  • dunya
  • 94
Tramp ən yaxın adamının üstündən xətt çəkdi


Yəmən müharibəsi planlarının paylaşıldığı “Siqnal” qrupuna “səhvən” amerikalı jurnalisti əlavə etdikdən sonra tənqid atəşinə tutulan ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uoltsun tutduğu vəzifədən istefa verəcəyi bildirilir.

Bu barədə ABŞ mətbuatı Ağ Evdəki mənbələrə istinadən yazıb.

Bildirilir ki, martın 15-də ABŞ ordusunun Yəmənə hücum planlarının sızdırılmasında əsas aktorlardan biri olan ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts vəzifəsini tərk edir.

“CBS News”un verdiyi xəbərə görə, milli təhlükəsizlik müşaviri Uolts və onun müavini Aleks Vonq vəzifələrindən gedirlər.

Ağ Ev hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya