Bizimhedef.az » siyaset » Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var

Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var



Azərbaycanın müdafiə qabiliyyətinin daha da yüksəldilməsi prioritet vəzifədir.Müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə ölkəsinə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, daim sevgi və rəğbətlə anılan ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün mərhələlərində Vətən, xalq, milli dövlətçilik naminə misilsiz xidmətlər və xilaskarlıq missiyası nümunəsi göstərmişdir.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq müstəvidə layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ulu Öndərin qeyri-adi idarəçilik bacarığı, qətiyyəti, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində hakimiyyətə ilk gəlişindən sonra siyasi, inzibati və ideoloji əngəllərə baxmayaraq, respublika xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye mərkəzinə çevrilmiş, bu gün Azərbaycanın müdafiə sənayesinin əsasını təşkil edən və ölkənin müxtəlif bölgələrində yerləşən geniş profilli müəssisələr yaradılmışdır.
Güclü Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli sərkərdəliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində başlıca rol oynayan, Azərbaycanın hərb salnaməsinin qızıl səhifəsini yazan rəşadətli Silahlı Qüvvələrimizin və şücaət rəmzi olan Əsgərimizin beynəlxalq hüququn və ədalətin təntənəsi naminə apardığı Vətən müharibəsində qazanılan tarixi Qələbəyə Müdafiə Sənayesi Nazirliyi öz layiqli töhfələrini vermişdir.
Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən və ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən genişprofilli müəssisələrin yaradılmasına nail olunmuşdur. Hələ o illərdə bu işlər görülərkən Heydər Əliyev Azərbaycanın gələcəyini düşünmüşdü. Heydər Əliyevin şəxsi nəzarəti ilə "Azon" zavodu, Elektron Hesablama Maşınları Zavodu qısa müddət ərzində istismara verilmişdi. Bütövlükdə 1970-1982-ci illərdə respublika ərazisində müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, istehsalat sexləri tikilmişdi.
Ümummilli Lider 1982-ci ildən sonra - SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən mühüm addımlar atıb, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutub, Qorbaçov rejimini kəskin tənqid edib. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan Ulu Öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmayıb, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq siyasi proseslərdə fəal iştirak edib, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırıb.
Müstəqilliyimizin ilk çağları, daha dəqiq desək, tariximizə siyasi böhranlar, iqtisadi tənəzzül, anarxiyanın ölkəni başına götürdüyü, separatizmin alovlandığı dövrü kimi daxil olan 1991-1993-cü illərdə baş verənlər bir sıra həqiqətləri ortaya qoymuşdu.
Nazirliyin "İqlim" Elmi İstehsalat, "Telemexanika", "Peyk", "Azon", "Alov", Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma", "Dalğa", "Araz", "Avia-Aqreqat", "Sənayecihaz" kimi müəssisə və zavodlarında ordumuzu müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılıb.
2006-cı ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu isə bu sahədə elmi fəaliyyətlə məşğul olan qurum kimi müdafiə sənayesinin inkişafına layiqli töhfələr verir.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya