Bizimhedef.az » dunya » Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi qəfil öldü

Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi qəfil öldü

  • Сегодня, 10:55
  • dunya
  • 5
Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi qəfil öldü


Türkiyə-Ermənistan danışıqlarında tərcüməçi kimi iştirak edən Gevorg Kaloşyan qəfil vəfat edib.

Bu barədə Ermənistanın “ArmLur” portalı məlumat yayıb.

Onun ürəktutmadan vəfat etdiyi qeyd olunub.

Gevorg Kaloşyan son zamanlar demək olar ki, Türkiyə və Ermənistan arasında baş tutan bütün danışıqlarda Ermənistan tərəfinin tərcüməçisi olub. Onun cəmi 1 gün öncə Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması üzrə işçi görüşündə iştirak etdiyi bildirilir.

Kaloşyanın qəfil vəfatı Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ilə yaxından tanış olan birinin ölümü kimi Ermənistan mediasında geniş rezonans doğurub.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya