Bizimhedef.az » hadise » Bank kartlarından 15 min manata yaxın pul oğurlanıb

Bank kartlarından 15 min manata yaxın pul oğurlanıb

Bank kartlarından 15 min manata yaxın pul oğurlanıb


Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlayn cinayət davam edən və artan kiber təhlükədir:

"Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir".

Məlumatda qeyd olunub ki, mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya