Bizimhedef.az » hadise » "Azərbaycanda pul vəsaitlərinin yuyulması ilə məşğul olan blogerlər var”

"Azərbaycanda pul vəsaitlərinin yuyulması ilə məşğul olan blogerlər var”

"Azərbaycanda pul vəsaitlərinin yuyulması ilə məşğul olan blogerlər var”


“Mənə izləyicilərim tərəfindən yazılan bəzi informasiyalara görə, Azərbaycanda külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə məşğul olan blogerlər var”.

Bu iddia ilə texnobloger Fərid Pərdəşünas çıxış edib. Onun sözlərinə görə, bu blogerlər xüsusilə vasitəçi şirkətlərin dəstəyi ilə xarici brend məhsulları həddən artıq yüksək qiymətə reklam edərək, pulun leqallaşdırılmasında iştirak edirlər:

“Bununla bağlı məndə sübutlar olmasa da, bu formada mesajlar alıram. İddiaçıların dediyinə görə bu səbəbdən də qəflətən bloqerlərin lüks həyat tərzləri sosial mediada göz qamaşdırmağa başlayır”.

F.Pərdəşünas adiyyatı dövlət qurumlarınabu fəaliyyət növünü dəqiq kodlar altında birləşdirəeəek yoxlamalar aparmağı təklif edib:

“İçi mən qarışıq hamını audit etsinlər. Düşünürəm ki, əgər bazarda belə hallar varsa, hər qəpiyinin vergisini verən yaradıcı məzmun istehsalçılarına qarşı haqsızlıq yaranmış olar”.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya