Bizimhedef.az » dunya » Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir

Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir

  • 15-05-2025, 12:43
  • dunya
  • 118


Ukrayna ilə Rusiya arasında gözlənilən danışıqlar öncəsi diqqətçəkən diplomatik addım atılıb.

Britaniya Baş nazirinin müşaviri Conatan Pauell yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Bu barədə "The Guardian" məlumat yayıb. Məqsəd –Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə aparılacaq danışıqlar öncəsi məsləhətlər verməkdir.

Qeyd edilir ki, Pauell Moskva və Kiyev nümayəndə heyətlərinin İstanbulda keçirəcəyi görüşdə birbaşa iştirak etməyəcək.

Lakin onun Zelenskiyə siyasi və strateji tövsiyələr verməsi gözlənilir. Bu isə ekspertlər tərəfindən Qərbin proseslərə dolayı müdaxiləsi kimi dəyərləndirilir.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya