Bizimhedef.az » dunya » Aİ Ermənistana “yol çəkir”, yoxsa sadəcə görüntü yaradır?

Aİ Ermənistana “yol çəkir”, yoxsa sadəcə görüntü yaradır?

  • Сегодня, 09:00
  • dunya
  • 9
Aİ Ermənistana “yol çəkir”, yoxsa sadəcə görüntü yaradır?


Avropa İttifaqının Cənubi Qafqazda son diplomatik fəallığı getdikcə real strategiyadan çox, siyasi şou effekti yaradan təşəbbüsləri xatırladır. Səs-küylü bəyanatlar, cəlbedici sənədlər və böyük vədlər fonunda praktik nəticələrin qeyri-müəyyənliyi diqqət çəkir.

Bu kontekstdə gündəmə gələn EU–Armenia Connectivity Partnership (kommunikasiya əlaqələrinin inkişafı üçün əməkdaşlıq) layihəsi də genişmiqyaslı təqdim olunur. Sənəddə nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı, vizasız rejim perspektivi və inteqrasiya kimi istiqamətlər ön plana çıxarılır.

Lakin layihənin detalları incələndikdə mənzərə fərqli görünür. Konkret mexanizmlər, maliyyə təminatı və icra planları barədə aydınlıq yoxdur. Bu isə təşəbbüsün real yol xəritəsindən çox, proses görüntüsü yaratmağa hesablandığı barədə suallar doğurur.

Bu tip təşəbbüslər isə daha çox siyasi mesaj xarakteri daşıyır və regionda təsir imkanlarını nümayiş etdirmək məqsədi güdür. Praktik nəticələrin isə yaxın perspektivdə reallaşması çətin görünür.musavat.com
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya