Bizimhedef.az » dunya » Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...

Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...

  • 16-05-2025, 14:22
  • dunya
  • 104


Hindistan hökuməti Pakistana qarşı keçirilmiş “Sindur” adlı hərbi əməliyyatla bağlı məlumatların yayılması məqsədilə xarici ölkələrə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələrindən ibarət nümayəndə heyətləri göndərməyi planlaşdırır.

Bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Hindistanın xüsusi elçiləri xaricdə respublikanın bütün siyasi qüvvələrinin təhdidlərə qarşı mübarizədə həmrəyliyini nümayiş etdirməli və İslamabad tərəfindən dəstəkləndiyi iddia olunan “Ləşkər-e-Tayyibə” qruplaşmasının Pahalgamda törətdiyi hücum nəticəsində dəymiş zərərlə, eləcə də buna cavab olaraq Pakistana qarşı həyata keçirilmiş “Sindur” əməliyyatı ilə bağlı məlumat təqdim etməlidirlər.

Nəşrin mənbələrinin bildirdiyinə görə, yaxın günlərdə Hindistan belə parlament nümayəndə heyətlərini ilk növbədə Avropa və Yaxın Şərq ölkələrinə göndərəcək. Qəzet qeyd edir ki, Hindistan hökuməti müxalifət nümayəndələrini də bu missiyalarda iştirak etməyə dəvət edib.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya