Bizimhedef.az » dunya » Qriqoryan: “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr getmir

Qriqoryan: “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr getmir

  • 19-05-2025, 15:30
  • dunya
  • 67
Qriqoryan: “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr getmir


“Zəngəzur dəhlizi” adlandırılan layihə ilə bağlı heç bir müzakirə aparılmır.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Tehran Dialoqu 2025” forumunda məlumat verib.

“Düzünü desəm, heç bir dəhlizlə bağlı müzakirələr aparılmır. Söhbət regional kommunikasiyaların açılmasından, regionda sülh və sabitliyin təmin edilməsindən və onun inkişafına necə kömək etməkdən gedir”, - Qriqoryan qeyd edib.

O, həmçinin “Dünyanın kəsişməsi” konsepsiyasını təqdim edərək, onu regional iqtisadi infrastrukturun inkişafı proqramı kimi xarakterizə edib.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya