Bizimhedef.az » hadise » Boğazınız ağrıyırsa, dondurma YEYİN

Boğazınız ağrıyırsa, dondurma YEYİN

Boğazınız ağrıyırsa, dondurma YEYİN


Yay aylarında insanlar tez-tez müxtəlif səbəblərdən, əsasən də orqanizmin öyrəşmədiyi kəskin temperatur dəyişiklikləri nəticəsində boğaz ağrısı ilə qarşılaşırlar.

Xarici KİV xəbər verir ki, bu barədə rusyalı həkim Polina Vaşkeviç danışıb.

Həkimin sözlərinə görə, yayda boğazı sağaltmaq üçün ilıq çaylar, meyvə suları içmək və ya bir qədər əriyib yumşalmış dondurma yemək tövsiyə olunur.

“Əriyib yumşalmış dondurma vəziyyəti yüngülləşdirməyə kömək edə bilər. Bu, onunla əlaqədardır ki, soyuqluq boğazdakı sinir uclarının hissiyatını müvəqqəti azaldaraq ağrını və narahatlığı zəiflədir,” - deyə o, dondurmanın faydasından danışıb.

Lakin həkimin fikrincə, boğaz ağrısı keçmirsə, insanlar xüsusi spreylərdən və ya sorulan pastillərdən istifadə etməli, eləcə də həkimə müraciət etməlidirlər.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya