Türkiyədə də zəlzələ oldu
- 30-07-2025, 10:07
- dunya
- 108

Türkiyənin Konya şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Yerli vaxtla 06:40-da (Bakı vaxtı ilə 07:40) baş verən zəlzələnin dərinliyi 15,6 kilometr olub.


































