Bizimhedef.az » dunya » ABŞ-dən Tehrana sürpriz mesaj - RƏSMİ

ABŞ-dən Tehrana sürpriz mesaj - RƏSMİ

  • 7-08-2025, 12:23
  • dunya
  • 97
ABŞ-dən Tehrana sürpriz mesaj - RƏSMİ


Tehran Ağ Evdən sürpriz mesaj aldığını açıqlayıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.

"Qarşı tərəfdən (ABŞ) bəzi mesajlar aldıq. Onlar dəyərləndirilir. Qəti qərar yoxdur. Danışıqların olub-olmaması tamamilə bizim maraqlarımızın nə tələb etdiyindən asılıdır", - nazir qeyd edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmilərinin önümüzdəki günlərdə Tehrana reallaşması gözlənilən səfəri barədə açıqlama verən Araqçi deyib ki, dəyişən şərtlərə görə MAQATE ilə münasibətlərdə yeni bir dövrün başlaması lazımdır: "Biz həm baş verən dəyişiklikləri, həm də İran parlamentinin qərarını nəzərə alaraq, MAQATE ilə yeni dövrə başlamalıyıq".
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya