Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
- Сегодня, 09:29
- dunya
- 15

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində onlar Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcəklər.

































