Bizimhedef.az » siyaset » Ağ Ev Əliyev-Tramp-Paşinyan görüşlərinin proqramını açıqlayıb

Ağ Ev Əliyev-Tramp-Paşinyan görüşlərinin proqramını açıqlayıb

Ağ Ev Əliyev-Tramp-Paşinyan görüşlərinin proqramını açıqlayıb


Ağ Ev administrasiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp, Ermənistan Baş naziri Nikol Paşinyanın ikitərəfli və üçtərəfli görüşlərin proqramını açıqlayıb.

Bu barədə jurnalist Aleks Raufoğlu öz sosial şəbəkə hesabında yazıb.

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşəcək, ardınca isə üçtərəfli imzalanma mərasimi keçiriləcək.

Ağ Evin açıqladığı cədvələ görə, Tramp saat 14:30-da Paşinyanı qarşılayacaq, 14:35-də ikitərəfli görüş, 15:05-də isə imzalanma mərasimi keçiriləcək.
Saat 15:10-da Əliyevlə salamlaşma mərasimi, 15:15-də ikitərəfli görüş, 15:45-də isə imzalanma mərasimi nəzərdə tutulub.

Günün yekununda, saat 16:15-də Ağ Evdə hər iki liderin iştirakı ilə üçtərəfli imzalanma mərasimi baş tutacaq.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya