Bizimhedef.az » sosial » Bakı metrosunda doğulan uşağa güzəşt və imtiyazlar olacaq

Bakı metrosunda doğulan uşağa güzəşt və imtiyazlar olacaq

Bakı metrosunda doğulan uşağa güzəşt və imtiyazlar olacaq


Xəbər verdiyimiz kimi bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. Bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib və qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Məlumdur ki, belə bir ənənə var ki, təyyarədə doğulan körpəyə aviaşirkət limitsiz uçuş bileti verir.

Bəs “Bakı Metropoliteni” QSC bu barədə nə düşünür?

Qurumun departament rəhbəri Bəxtiyar Məmmədov bu barədə bunları bildirib:

“Təbii ki, dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar, xüsusi hədiyyələrimiz olacaq. Amma körpəyə hansısa gediş bileti verilməsi yəqin ki, gələcəyin mövzusudur. Bu barədə ətraflı məlumat veriləcək”.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya