Bizimhedef.az » hadise » Bakıda qadın metroda uşaq dünyaya gətirdi

Bakıda qadın metroda uşaq dünyaya gətirdi

Bakıda qadın metroda uşaq dünyaya gətirdi


Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya