Bizimhedef.az » dunya » Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”

Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”

  • 22-08-2025, 15:30
  • dunya
  • 157


Rusiya ilə Ermənistan arasında ciddi gərginlik yaşanır.

Rusiyanın vitse-premyeri Aleksey Overçuk İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla kəskin dialoq aparıb.

Erməni mətbuatı – "Hraparak" qəzeti hökumət mənbələrinə istinadla yazır ki, Moskva “Vaşinqton bəyannaməsi”nin Avrasiya İqtisadi İttifaqının əsas prinsiplərinə, xüsusilə də vahid gömrük nəzarəti qaydalarına zidd ola biləcəyindən narahatdır.

Məlumata görə, rus tərəfi Paşinyanı açıq şəkildə xəbərdar edib: əgər Ermənistan gömrük orqanları Aİİ çərçivəsində üzərinə düşən nəzarəti həyata keçirməsə, ölkə ciddi problemlərlə üzləşəcək.

Qəzet yazır ki, Paşinyanın qarşısında indi iki yol var: ya Ermənistanı Aİİ-dən çıxarmaq, ya da sanksiyalarla üzləşib, ardınca təşkilatdan kənarlaşdırılmaq.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya