Bizimhedef.az » idman » Juninyo “Qarabağ”a geri qayıdır

Juninyo “Qarabağ”a geri qayıdır

  • 2-09-2025, 10:59
  • idman
  • 39
Juninyo “Qarabağ”a geri qayıdır


UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan “Qarabağ” uzun çəkən hücumçu transferini bitirib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu “Flamenqo”ya satdığı Olavio Juninyonu geri qaytarıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən “Qarabağ”ın formasını geyinəcək.

Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından “köhlən atlar”ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya