Bizimhedef.az » iqtisadiyyat » Gürcüstan Azərbaycana borcunu ödədi

Gürcüstan Azərbaycana borcunu ödədi

Gürcüstan Azərbaycana borcunu ödədi


Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana "tarixi borc"un ödənilməsini başa çatdırıb.

Bu barədə informasiyanı Gürcüstanın Maliyyə Nazirliyi yayıb.

Məlumata görə, qonşu ölkə bu ay xarici borcun qalıqlarını tam ödəyib.


Azərbaycandan əlavə, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda olan borclar da ödənilib.


Bütün borclar Gürcüstanın müstəqillik qazandığı ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir.

Ödənişlər 1999-cu ilə qədər götürülmüş 160 milyon dollar məbləğində borcları, 1999-cu ildən 2004-cü ilin mayına qədər olan dövrdə yığılmış öhdəliklər üzrə faizləri, həmçinin əvvəlcədən təsdiqlənmiş qrafikə uyğun olaraq 2004-2006-cı illərdə ödənilməli olan borcları əhatə edib.

Ümumi ödəniş məbləği 225 milyon ABŞ dollarnı keçib.

2025-ci il 31 avqust tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 9,1 milyard ABŞ dolları təşkil edir. (Report.az)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya